İsveç və ABŞ altıncı nəsil 6G rabitəsinin inkişafı sahəsində əməkdaşlığa dair birgə bəyanat imzalayıblar.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə İsveç hökumətinin dəftərxanası məlumat yayıb.
“İsveç və Birləşmiş Ştatlar 6G texnologiyasının şəffaflığı, təhlükəsizliyi, etibarlılığı, inklüzivliyi, dayanıqlığı və demokratik dəyərlərə uyğunluğunu təmin etmək üçün beynəlxalq tərəfdaşlarla geniş əməkdaşlıq səyləri nümayiş etdirir”, - İsveç xarici işlər nazirinin müavini Yan Knutsson bildirib.
O qeyd edib ki, 6G texnologiyaları rabitə sürətini və ötürülən məlumatların həcmini əhəmiyyətli dərəcədə artırmaq, həmçinin təhlükəsizliyi gücləndirmək üçün nəzərdə tutulub.
İsveç və ABŞ-ın bəyanatı, iki ölkənin 2024-cü ilin əvvəlində daha səkkiz dövlətlə birlikdə imzaladığı 6G-nin inkişafı və tətbiqi prinsipləri haqqında sənədə əlavədir.