“Sony” özünün elektron robot-itini yeni izləmə funksiyaları ilə təchiz edəcək

A- A A+

Yaponiyanın “Sony” korporasiyası özünün “Aibo” elektron robot-itini süni intellekt elementləri ilə təchiz etmək niyyətindədir.

NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, robota 10-a yaxın insanı üzdən tanımağı, həmçinin evin daxilini və həyətyanı sahəsini nəzarət altında saxlamağı öyrətmək istəyirlər. Robot-itin proqram təminatı üçün müvafiq pulsuz yeniləməni artıq fevral ayının ortalarında əldə etmək mümkün olacaq.

Yeni funksiya “Aibo”ya evdə qalan uşaqlara və ya yaşlı insanlara nəzarət etmək imkanı yaradacaq. O, həmçinin internet vasitəsilə öz sahibinə müvafiq məlumat göndərə biləcək. Proqram əlavələri müştərək olaraq “Sony” korporasiyasının və “Secom” mühafizə kompaniyasının mütəxəssisləri tərəfindən hazırlanıb.

İyun ayında isə istifadəçilərə “Aibo” üçün yeni pullu proqram təminatı təqdim olunacaq. Onun vasitəsilə robot-it sahibi tərəfindən evin istənilən hissəsinə göndərilərək oradakı vəziyyəti yoxlaya biləcək.

Robot-itin qiyməti təxminən 214 min yendir (1,9 min dollardan yuxarı). Lakin ondan istifadə etmək üçün üçillik internet-plana qoşulmaq lazımdır ki, bu da demək olar, 870 dollara başa gəlir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: