“Windows” sisteminin idarəetməsi altında işləyən kompüterlər təhlükə altındadır

A- A A+

163 milyon qurğunu təhlil etmiş “Avast” şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri bildiriblər ki, “Windows” sisteminin idarəetməsi altında işləyən kompüterlərə quraşdırılan proqramların 50%-dən çoxu istifadəçilərin məlumatı üçün təhlükə törədir.
 
NUHÇIXAN “iz.ru” saytına istinadən yazır ki, proqramların köhnə versiyaları riskin əsas səbəbi kimi göstərilib. “2019 Avast PC Report” hesabatına əsasən, istifadəçilərin 94%-i “Skype” proqramının yenilənməmiş versiyası, 85%-i isə “Mozilla Firefox” brauzerinin köhnə versiyasından istifadə edir. Həmçinin “Microsoft Office” proqram təminatının yenilənməsinin çıxarılmaması təhlükəsizliyə neqativ təsir edir.
 
Ekspertlər xəbərdarlıq ediblər ki, hakerlər proqramların köhnə versiyaları vasitəsilə kompüterə müdaxilə edə bilər və buna görə istifadəçilərə proqramları tez-tez yeniləməyi tövsiyə ediblər.
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: