Hindistan dünyada ən yüngül peyki orbitə çıxarıb

A- A A+

Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) dünyanın  ən yüngül peyki – “Kalamsat-V2”-ni orbitə çıxarıb. Bu haqda Hindistanın “NDTV” telekanalı məlumat verib.
 
NUHÇIXAN “belta.by” saytına istinadən yazır ki, sözügedən peykin çəkisi 1,26 kq-dır. Aparat “Space Kidz India” özəl təşkilatının dəstəyi ilə hindistanlı tələbələr tərəfindən yığılıb. “Kalamsat-V2” peykinin orbitə uğurlu çıxarılmasından sonra “ISRO”-nun direktoru ölkənin bütün tələbələrini kosmik tədqiqatlar sahəsində əməkdaşlığa səsləyib.
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: