“Nokia” şirkəti Kanadada “5G” sahəsində tədqiqatlar aparacaq

A- A A+

Kanada hökuməti Finlandiyanın telekommunikasiya avadanlığı istehsalçısı "Nokia" şirkətinə ölkədə beşinci nəsil mobil rabitə texnologiyası (5G) sahəsində tədqiqatların aparılması üçün 40 milyon Kanada dolları (30 milyon ABŞ dolları) təqdim edəcək.  

NUHÇIXAN "DailyComm" resursuna istinadən yazır ki, maliyyələşmə barədə yanvarın 25-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Kanadanın innovasiya, elm və iqtisadi inkişaf naziri Navdip Beyns və "Nokia" şirkətinin rəhbəri Raciv Suri arasında keçirilən görüşdə rəsmən elan edilib.

Məlumata görə, vəsaitlər "Nokia" şirkətinin Kanadada telekommunikasiya şəbəkələrinin "5G" texnologiyasının tətbiqinə hazırlamaq məqsədilə aparılan tədqiqatlarını dəstəkləyəcək, eləcə də şəbəkələrin mühafizəsi üçün kibertəhlükəsizlik alətləri yaratmağa kömək edəcək.

"5G" mövcud "4G" şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan "4G" şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı "5G" şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: