Huawei artıq bu il Samsung-u geridə qoyaraq mobil bazarın lideri olmağı planlaşdırır

A- A A+

Huawei şirkəti keçən ilki uğurlarından ilhamlandı və bu il üçün daha böyük planları var. NUHÇIXAN xəbər verir ki, Huawei Devices şöbəsinin icraçı direktoru Richard Yu, Pekində keçirilmiş konfransda çıxışı zamanı bildirib ki, Huawei şirkətinin mobil cihazlar bazarının lideri olması üçün bir neçə il lazım olmayacaq. Belə ki, şirkət Samsung-u geridə qoyaraq mobil bazarın nömrə bir təmsilçisi olmağı artıq bu il üçün planlaşdırır. Əgər nəsə yolunda getməsə şirkət bunu 2020-ci ilə kimi etməyi planlaşdırır. 

Qeyd etmək lazımdır ki, Huawei artıq Apple şirkətini keçib və texnoloji şirkətlər arasında ikinci yeri tutur. Əsas liderlik ilə Huawei şirkəti arasında yalnız Samsung dayanır. Apple ilə Samsung şirkətlərinin maddi itkilərinin və Huawei şirkətinin yüksək sürətlə böyüməsi fonunda şirkət bildirib ki, o, ABŞ-ın köməyi olmadan da bazarın lideri ola bilər. Qeyd etmək lazımdır ki, ABŞ ilə Çin arasında olan ticarət müharibəsi səbəbilə ABŞ hökuməti Çin şirkətlərinə şərait yaratmır. Bu il Huawei şirkəti öz əsas diqqətini 5G texnologiya dəstəkli smartfonlara və özünün ilk əyilə bilən smartfon modelinə ayırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: