“Gmail” poçt xidməti spam mesajların 99,9%-ni bloklamağa başlayıb

141

“Google” şirkəti “TensorFlow” (kompüter təlimi üçün açıq proqram kitabxanası) sisteminin köməyi ilə “Gmail” elektron poçt sistemində spam mesajların aşkar edilməsi imkanlarını gücləndirib.

NUHÇIXAN “ixbt.com” saytına istinadən yazır ki, “TensorFlow” sistemi neyron şəbəkələrinin yaradılması və təlimi üçün istifadə olunur.

Hələ 2017-ci ilin əvvəlində “Google” şirkəti “Gmail” xidmətində arzuedilməz və zərərli poçt göndərişlərini 99,9% dəqiqliklə aşkar etməyə imkan verən yeni mübarizə alətləri tətbiq etmişdi.
 

Axtarış nəhənginin mətbuat xidmətinin məlumatına görə, “Gmail” xidmətində hər gün 100 milyon əlavə spam mesaj aşkar etmək üçün bu inteqrasiyadan istifadə edilir.
 
Bununla belə “Google” vacib elektron məktubları spam kimi qəbul etməmək üçün bütün ehtiyat tədbirləri görür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: