“Samsung” şirkəti yeni “Galaxy S10” modelini martın 8-də təqdim edəcək

A- A A+

Koreya Respublikasının texnologiya nəhəngi olan “Samsung Electronics” şirkəti “Galaxy S10”, habelə “S10+” və “S10 Lite” smartfonlarını martın 8-də təqdim edəcək.

NUHÇIXAN şirkətə istinadla xəbər verir ki, artıq fevralın 20-dən başlayaraq ABŞ-da onlayn qaydada qabaqcadan sifarişlərin qəbuluna başlanılacaq. Bildirilir ki, ekranın diaqonalı 5,8-6,4 düym aralığında olacaq yeni modellər 5G mobil şəbəkəsinə girişi dəstəkləyəcək. S10 modelinin ABŞ-da satış qiyməti 550 dollar dəyərində müəyyən olunub.

Şirkətin müştərilərinə təqdim edəcəyi yeniliklərdən biri də kabelsiz qulaqcıqlardır. Bu qulaqcıqlar həm də enerjini kabelsiz yığa biləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: