Dünyada ilk “5G”-kinoteatr istifadəyə verilib

104

Norveçin “Telia” mobil rabitə operatoru Osloda “Odeon” kino mərkəzi ilə birgə “5G” şəbəkəsi vasitəsilə ekrana ötürülən filmləri izləmək üçün ilk kinoteatr istifadəyə verib. Bu, dünyada bir ilkdir.
 
NUHÇIXAN “hightech.fm” saytına istinadən yazır ki, “Telia” operatoru yayım üçün videofaylların ötürülmə sürətini 2,2 Qbit/san-yə çatdırıb ki, bu da adi “4G” şəbəkələrinin buraxılış qabiliyyətindən 20 dəfə yüksəkdir.
 
“4G” şəbəkəsi 720p təsvir ölçülü çarxların yayımı üçün kifayət edir. 4K formatlı filmlərin yayımı üçün kinoteatrlara ya genişzolaqlı internet, ya da yüksək ötürmə sürətinə malik sistemlər, məsələn, “5G” şəbəkəsi lazımdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: