“Huawei Honor 10” smartfonu rəsmən təqdim edilib

A- A A+

Çinin “Huawei” şirkəti Londonda əksər qabaqcıl qurğularla rəqabət apara biləcək nisbətən ucuz aparatlar sinfini davam etdirən “Honor 10” smartfonunu təqdim edib.

NUHÇIXAN xəbər verir ki, bundan əvvəl təqdim edilən “Huawei P20” modeli kimi, yeni “Honor” qurğusu baxış bucağından asılı olaraq rəngini dəyişən arxa şüşə panellə təchiz edilib. Yeni smartfonun ekranı 5,84 düym diaqonala, 2280*1080 piksel təsvir ölçüsünə malikdir. Operativ yaddaşı 4 giqabayt, quraşdırılmış yaddaşı isə 64 və ya 128 giqabayt təşkil edən smartfon “Kirin 970” prosessoru əsasında işləyir. Quraşdırılmış barmaq izi skaneri qurğunun ön tərəfində yerləşir və “Home” düyməsinə yerləşdirilib. Məlumata görə, “Honor 10” 16 meqapikselli RGB modulun və 24 meqapiksel təsvir ölçülü əlavə monoxrom modulun daxil olduğu qoşa əsas kamera ilə təchiz olunub. Kamera fazalı avtomatik fokuslaşdırıcıya, təsvir sabitləşdirici sistemə malikdir və süni intellekt elementləri sayəsində çəkiliş zamanı müxtəlif səhnələri müəyyənləşdirə bilir. Smartfonun ön kamerasının təsvir ölçüsü 24 meqapiksel təşkil edir. Yeni “Honor” smartfonunun akkumulyator tutumu 3400 milliamper/saata bərabərdir və sürətli enerjidoldurma texnologiyasını dəstəkləyir. “EMUI 8.1” proqram təminatlı “Android 8.1 Oreo” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu “Wi-Fi”, “Bluetooth 4.2” modulları, “USB Type-C” və qulaqcıq çıxışları ilə təchiz edilib. Satışına mayın 15-dən başlanan “Honor 10” smartfonunun 64 giqabaytlıq versiyasının qiyməti 400 avro, 128 giqabaytlıq versiyasının isə 450 avro təşkil edir.
Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: