Avropa Komissiyası “Apple” və “Meta” şirkətlərini 700 milyon avro cərimələyib

A- A A+

Avropa Komissiyası “Apple” və “Meta” şirkətlərini antiinhisar qanunvericiliyini pozduqlarına görə müvafiq olaraq 500 milyon avro və 200 milyon avro məbləğində cərimələməyə qərar verib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

"Bu gün Avropa Komissiyası müəyyən edib ki, hər iki şirkət Rəqəmsal Bazarlar Qanunu (DMA) üzrə öhdəklərini pozub. Buna görə də Avropa Komissiyası "Apple" və "Meta" şirkətlərini müvafiq olaraq 500 milyon avro və 200 milyon avro məbləğində cərimələyib", - bəyanatda qeyd olunub.

Bildirilib ki, bu qərarlar maraqlı şirkətlərlə geniş dialoqdan sonra qəbul edilib. Bu isə onlara öz baxışlarını və arqumentlərini ətraflı şəkildə təqdim etməyə imkan verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: