“WhatsApp”a 170 milyon dollara yaxın təzminat ödəniləcək

A- A A+

İsrailin casus proqram təminatı istehsalçısı olan NSO Group şirkəti 1,4 min hesabın kiberhücuma məruz qalmasına görə “WhatsApp”a 167 milyon dollar, və işgüzar nüfuza gələn xələlə görə 440 min dollar təzminat ödəməlidir.

NUHÇIXAN ölkənin yerli KİV-lərinə istinadla xəbər verir ki, bu haqda ABŞ məhkəməsi çıxarıb.

Məlumata görə, aprelin əvvəlində Amerika KİV-də ABŞ administrasiyasının İsrailin “Pegasus” proqramını hazırlayan NSO Group şirkəti ilə gizli müqavilə bağladığı haqqında məlumat yayılmışdı.

Həmin müqavilə əsasında ABŞ hökuməti yaradılan Landmark proqramı sayəsində telefon istifadəçisinin xəbəri olmadan onun dünyanın istənilən yerində cari məkanını müəyyənləşdirə bilirdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: