“WhatsApp”da yeni funksiya istifadəyə verilib

A- A A+

“WhatsApp” messencerində istifadəçinin razılığı olmadan onun qruplara əlavə olunmasını qadağan etməyə imkan verən yeni funksiya tətbiq edilib.

NUHÇIXAN “Rambler” resursuna istinadən yazır ki, yenilikdən əvvəlcə messencerin “Android”, daha sonra “iOS” versiyasının istifadəçiləri yararlana biləcəklər.

Məlumata görə, funksiyanı əlavə etmək üçün istifadəçi quraşdırmalara daxil olaraq onu qruplara kimin əlavə edə biləcəyini göstərməlidir: müəyyən istifadəçi, kontaktlar siyahısından olan abunəçilər və ya heç kim. Üçüncü variant seçilən zaman istifadəçiyə qrupa əlavə edilmək üçün onun qəbul və ya rədd edəcəyi sorğu göndəriləcək.  

Yenilik “WhatsApp” rəhbərliyinin yalan məlumatların yayılması ilə mübarizə üzrə növbəti addımıdır. Bu tədbir Hindistan hökuməti messenceri onlarla linçləmə hadisəsinə səbəb olmuş yalan xəbərlərin yayılmasında təqsirləndirdikdən sonra hazırlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: