“PlayStation Vita” oyun qurğusunun istehsalı dayandırılır

A- A A+

Yaponiyanın “Sony” şirkəti yaxın vaxtlarda “PlayStation Vita” portativ konsolunun ticarət şəbəkələrinə tədarükünün dayandırılacağını rəsmən bəyan edib.  

NUHÇIXAN “IXBT” resursuna istinadən yazır ki, şirkət oyun qurğusunun tezliklə Yaponiyada istehsalının dayandırılması ilə bağlı əvvəllər yayılan informasiyanı da təsdiq edib. Dəqiq müddət açıqlanmasa da, şirkət tərəfindən “PlayStation 3” ilə bağlı oxşar bəyanatın konsolun istehsalının faktiki dayandırılmasından iki ay əvvəl verilməsini xatırlamaq olar.

Məlumata görə, hazırda satışda müvafiq olaraq “PCH-2000 ZA11” və “PCH-2000 ZA23” nömrəli korpusu qara və göy rəngli iki “PlayStation Vita” konsol modeli var. Lakin şirkət konsolu almaq istəyənlərə tələsməyi tövsiyə edir.

“PlayStation Vita” portativ konsolu 2011-ci ilin dekabrında Yaponiyada, 2012-ci ilin fevralında isə ABŞ və Avropada satışa çıxarılıb. Qurğu daha çox Yaponiyada populyarlıq qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: