“Tesla”nın yeni texnologiyası: elektromobil cəmi 15 dəqiqəyə enerji yığacaq

A- A A+

Amerikanın elektrik avtomobili istehsalçısı “Tesla Inc” yeni texnologiyasının elektrik avtomobillərinin enerji yüklənməsi vaxtını 15 dəqiqəyə qədər azaldacağını iddia edir.

NUHÇIXAN Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, kompaniyanın məlumatına əsasən, “Supercharger V3” sistemi artıq Kaliforniya ştatının Firmont şəhərində quraşdırılıb və tədricən digər şəhərlərdə tətbiq olunacaq.

Hələlik bu sistemdən yalnız “Tesla Model 3” avtomobilləri istifadə edə bilir. Lakin əvvəlki elektrik avtomobili modellərinin proqram təminatının yenilənməsi onların da tezliklə yeni texnologiyaya keçməsinə imkan verəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: