2024-cü ildə Azərbaycana xarici ölkələrdən 1 milyard 859,5 milyon manatlıq İKT məhsulları idxal olunub.
NUHÇIXAN-nın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilə nisbətən 23 % çoxdur.
Xaricdən alınan İKT məhsullarının 1 milyard 31,3 milyon manatı (1 il əvvələ nisbətən 33 % çox) telekommunikasiya avadanlıqlarının, 461,5 milyon manatı (10,5 % çox) kompüter və periferiya avadanlıqlarının, 277,8 milyon manatı (13,5 % çox) elektron avadanlıqların, 88,9 milyon manatı (27 % çox) digər məhsulların payına düşüb.
Ölkəyə idxal olunmuş İKT məhsullarının xaricdən alınmış bütün növ məhsulların dəyərində xüsusi çəkisi 5,2 % (0,1 faiz bəndi çox) olub.