Azərbaycanda süni intellekt əsaslı informativ elektron resurs yaradılacaq

A- A A+

Azərbaycanda texnoloji investorlar və startaplar üçün süni intellekt əsaslı informativ elektron resurs yaradılacaq.

NUHÇIXAN xəbər verir ki, bununla bağlı İqtisadiyyat Nazirliyinə məxsus "Tikinti-Təchizat Birliyi" MMC hazırlıqlara başlayıb.

Məlumata görə, məqsəd xarici istedadların ölkəyə cəlb edilməsini stimullaşdırmaqdır.

Belə ki, texnoloji investorlar və startaplara münasibətdə Azərbaycandakı mövcud imkanları mərkəzləşdirilmiş qaydada təqdim etmək məqsədilə informativ internet səhifəsinin hazırlanması nəzərdə tutulur. Proses saytın texniki olaraq hazırlanması, məzmunun formalaşdırılması və real rejimdə ziyarətçi suallarının operativ cavablandırılması məqsədilə sahəvi süni intellekt əsaslı bot resursunun inteqrasiyasını əhatə edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: