Azərbaycanın dövlət qurumlarına kiberhücumlar sentyabrda 44 % azalıb

A- A A+

Bu ilin yanvar-sentyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 648 kiberhücum indikatoru (IOC) müəyyən edib.

NUHÇIXAN-ın Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 % azdır.

Kibertəhdidlərin 216-sı daxili araşdırma, 434-ü isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Təkcə sentyabr ayında isə 36 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 44 % azdır.

2024-cü ildə dövlət qurumlarına 1 070 kiberhücum qeydə alınıb ki, bunun da 550-si daxili araşdırma, 520-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: