“iOS 13” əməliyyat sisteminin təqdimat tarixi açıqlanıb

A- A A+

ABŞ-ın “Apple” şirkəti “WWDC 2019” konfransında “iOS” mobil əməliyyat sisteminin 13-cü versiyasını təqdim edəcək. Bu haqda “The Verge” nəşri yazıb.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, tədbir iyunun 3-də ABŞ-ın San-Xose Sərgi Mərkəzində keçiriləcək. Mütəxəssislərin fikrincə, yeni əməliyyat sistemində bir sıra ciddi dəyişikliklər gözlənilir. Məsələn, yeniliklərdən biri qara rəngli interfeys olacaq. "Ridus" nəşri yazır ki, belə interfeys artıq “macOS Mojave” sistemində nəzərdə tutulub, ancaq indiyədək “iPhone” və “iPad” cihazlarında yox idi.

Həmçinin şirkət süni intellekt, sağlamlıq, fitnes, əlavə reallıq sahələri və başqa istiqamətlərdə öz nailiyyətləri barəsində söz açacaq, dəvət edilmiş mütəxəssislər bir sıra praktik məşğələ və seminarlar keçirəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: