Whatsapp Business tətbiqinin iOS versiyası hazırlanır

A- A A+

NUHÇIXAN WABetaInfo saytına istinadən bildirir ki, Whatsapp Business tətbiqi bir sıra ölkələrdə App Store online mağazasında ortaya çıxıb. Bu barədə Macdigger saytı xəbər verib. Whatsapp öz biznes tətbiqini hələ keçən ilin əvvəlində Android üçün istifadəyə vermişdi. Lakin həmin vaxtda tətbiqin iOS üçün nə zaman təqdim olunacağı barəsində heç bir məlumat verilməmişdi. Whatsapp təmsilçiləri bu barədə hələ də bir fikir bildirmirlər. Lakin Meksikadan olan iPhone istifadəçiləri Whatsapp Business tətbiqini App Store-da aşkar ediblər. Argentinada, Braziliyada, Almaniyada, Fransada, Paraqvayda və ABŞ-da Whatsapp Business-in iOS versiyası hələ aktiv edilməyib.

İstifadəçilər isə bu tətbiqi standart axtarış vasitəsilə App Store-da axtarmağı məsləhət görmürlər. Bunun üçün onlar ilk öncə adi Whatsapp messencerinin səhifəsinə daxil olmağı və daha sonra səhifəni aşağı endirməyi məsləhət görürlər. Belə ki, Whatsapp Business oxşar tətbiqlər bölməsində yerləşdirilib. Qeyd etmək lazımdır ki, Whatsapp Business tətbiqi kiçik şirkətlər üçün nəzərdə tutulmuş bir tətbiqdir. Həmin tətbiq öz növbəsində şirkət ilə müştərilər arasındakı qarşılıqlı əlaqəni sadələşdirir və şirkət barəsində əlavə məlumatların (elektron poçt ünvanı, sayt, fizi ünvan və xidmətlər siyahısı) əldə olunmasına yardımçı olur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: