Samsung şirkəti dəyişdirilə bilən kameraya sahib smartfonun patentini alıb - FOTOLAR

A- A A+

Samsung şirkəti smartfon üçün dəyişdirilə bilən kamera özəlliyini əks etdirən yeni patenti əldə edib. NUHÇIXAN Macdigger saytına istinadən xəbər verir ki, Samsung şirkəti hərəkət edirilə bilən 3 hissədən ibarət hibrid smartfonun patentini əldə edib. Patentdə əks olunmuş cihaz müəyyən mənada qatlana bilən Galaxy Fold smartfonuna bənzəyir. Smartfonun əsas özəlliklərindən biri də odur ki, o, iki ədəd kamera ilə təchiz olunacaq və kameralardan birini istənilən zaman dəyişdirmək mümkün olacaq. Digər kamera isə standart kamera funksiyasını daşıyacaq.

Dəyişdirilə bilən kamera modulu üçün smartfon üzərində ayrıca xüsusi hissə yerləşir. Həmin hissə patent fotosunda 41 nömrə ilə işarə edilib. Phonearena saytının jurnalistləri qeyd ediblər ki, həmin xüsusi hissədən nəinki müxtəlif kamera modullarının taxılması üçün həm də smartfonu məsələn avtomobil sükanına bərkitmək üçün də istifadə etmək mümkün olacaq. Bu isə öz növbəsində avtomobil hərəkətdə olarkən foto və ya video çəkilişi üçün rahat üsul ola bilər. Lakin Phonearena-nın fikrincə smartfonda kamera modulunun dəyişdirilməsi üçün nəzərdə tutulmuş xüsusi hissənin olması səbəbilə sözügedən smartfondan istifadə etmək heç də rahat olmayacaq. Həmçinin həmin xüsusi hissənin hesabına smartfonun çəkisi və ölçüləri də arta bilər. Bu smartfonun texniki göstəriciləri barəsində isə hələki heç bir məlumat yoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: