Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mütəxəssisləri yaxın zamanlarda kifayət qədər də effektiv işləyə biləcək süni intellekt həlli təqdim edib.
NUHÇIXAN xəbər verir ki, bunu nazir müavini Saməddin Əsədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin "İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri" mövzusunda keçirdiyi elmi-praktik konfransda bildirib.
Onun sözlərinə görə, qanunvericilik sahəsi, o cümlədən hüquq sahəsi kifayət qədər böyük məlumatlar toplusudur: "Hazırda qanunvericilik bazasına əsaslı süni intellekt dəstəkli axtarış sisteminin 30 minə yaxın istifadəçisi var. Bunlar, təkcə hüquqşünaslar deyil. Dövlət strukturlarında işləyən mütəxəssislər və sadəcə vətəndaş cəmiyyəti də süni intellekt əsasında bilir ki, hansı qanunlar var, hansı prosedurlardan keçmək lazımdır. Yəni bu bir nəticədir ki, qısa zamanda biz ortaya çıxara bildik".
