Azərbaycanda süni intellektlə bağlı xüsusi standartlar hazırlanır

A- A A+

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi süni intellektin etik və məsuliyyətli olması üçün xüsusi standartlar hazırlayır.

NUHÇIXAN xəbər verir ki, bunu nazir müavini Saməddin Əsədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin "İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri" mövzusunda keçirdiyi elmi-praktik konfransda bildirib.

Onun sözlərinə görə, ölkədə 1 milyarddan çox data vahidinin cəmiyyətə açıq olması, özəl sektorun, startapların, elmi-tədqiqat müəssisələrinin bu data vahidlərindən istifadə edərək süni intellekt modellərini formalaşdırması üçün xüsusi proqramlar, həmçinin bu sahədə normativ və institusional tənzimlənmə nəzərdə tutulur: "Biz elə etməliyik ki, ölkəmizdə yaradılacaq süni intellekt modelləri bir növ insanlığa xidmət etsin, gələcəkdə təhdid mənbəyinə çevrilməsin. Bu sahədə xüsusi standartların tətbiqi çox vacib əhəmiyyət kəsb edir".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: