“WhatsApp” “feyk” mesajlarla mübarizəni gücləndirir

135

“WhatsApp” messencerinin “Android” platforması üçün yeni versiyasında tətbiq edilmiş neyron şəbəkəsi tez-tez göndərilən mesajları izləyir və onları təhlil edir. Məlum olduğu kimi şirkət “feyk” mesajlarla mübarizəni gücləndirməyi planlaşdırır.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, süni intellekt 5 və daha çox paylaşılmış mesajları tez-tez göndərilən mesajlar kimi qeydə alır.

Şirkətin nümayəndələri bildiriblər ki, neyron şəbəkəsi hələ ki, sınaqdan keçirilir. Sınağın nəticələrinə əsasən, neyron şəbəkəsinin messencerin bütün versiyalarına tətbiq edilməsinin məqsədəuyğunluğu haqqında qərar qəbul ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: