“Google+” və “Inbox” poçt xidmətinin fəaliyyəti dayandırılıb

A- A A+

“Google” şirkəti “Google+” sosial şəbəkəsini və “Inbox” poçt xidmətinin işini dayandırıb. Hazırda “plus.google.com” ünvanına daxil olduqda “Google+” xidmətinin daha adi istifadəçilər və brend hesabları üçün əlçatan olmadığı barəsində məlumat göstərilir.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, keçən ilin dekabrında internet nəhəngi bu ilin aprelində “Google+” şəbəkəsinin adi istifadəçilər üçün əlçatmaz olacağını elan etmişdi.

“Google Photo” xidmətində saxlanılmış şəkil və videoların ehtiyat surəti silinməyəcək. Lakin “Google+” xidmətində adi hesabların məzmunu tədricən silinəcək. Bu proses bir neçə ay davam edəcək və bu müddət ərzində məlumatlar əlçatan ola bilər. Hələ ki materiallar silinməyib, onları “Google+”dən yükləmək olar.

“Inbox.google.com” səhifəsinə daxil olduqda isə “Gmail” xidmətinin yeni versiyasına keçmək təklif edilir və məlumat verilir ki, “Inbox” poçt xidmətinin dəstəyi cari ilin martında bitib və “Inbox”un bir sıra populyar funksiyaları artıq “Gmail”də əlçatandır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: