“Samsung” ilk 5G smartfonunu satışa çıxarıb

A- A A+

Cənubi Koreyanın iri texnologiya şirkəti “Samsung Electronics” ilk 5-ci nəsil mobil şəbəkə (5G) smartfonunun satışına başlayıb.

NUHÇIXAN şirkətin açıqlamasına istinadla xəbər verir ki, Cənubi Koreyanın 3 mobil rabitə operatoru ilə əldə edilən razılığa əsasən, 512 GB yaddaşa malik “Galaxy S10” smartfonu müştərilərə 1,55 milyon Koreya vonuna (1320 ABŞ dolları) təklif olunur. Daha aşağı yaddaşlı (256 GB) model isə 1,39 milyon vona satılır.

Yeni model smartfonların satışa çıxarılması həm də dünyada ilk dəfə Cənubi Koreyada 5G şəbəkəsinin kommersiya məqsədli istifadəsinin başlanğıcıdır. “Galaxy S10” smartfonlarının sahibləri 5G şəbəkəsindən istifadə etmək üçün aylıq 45-95 dollar ödəməli olacaqlar. Ölkənin mobil rabitə bazarının lideri olan “SK Telecom” şirkətinin açıqlamasına deyilir ki, alıcıların təklifləri və tələbat nəzərə alınaraq gələcək aylarda qiymətlər dəyişdirilə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: