Azərbaycanda "Hökumət buludu"na keçid gələn ilin dekabr ayında başa çatacaq

A- A A+

Dövlət informasiya ehtiyatlarının və sistemlərinin "Hökumət buludu"na keçidi 2027-ci ilin dekabr ayında tamamlanacaq.

NUHÇIXAN xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb.

Sənədə əsasən, dövlət İT infrastrukturunun 100 % "Hökumət buludu" üzərindən idarə edilməsi, əməliyyat xərclərinə qənaət və kiberdayanıqlılığın təmin edilməsi planlaşdırılır.

Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: