Azərbaycanda "Süni İntellektə Hazırlıq İndeksi" hazırlanacaq

A- A A+

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə Hazırlıq İndeksi" metodologiyası hazırlanacaq.

NUHÇIXAN xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb.

Sənədə əsasən, dövlət orqanlarında (qurumlarında) Sİ texnologiyalarının istifadəsinə dair əsas fəaliyyət göstəricilərinin müəyyən edilməsi və dövlət orqanlarına (qurumlarına) təqdim olunması, dövlət orqanlarında (qurumlarında) rəqəmsal effektivlik və Sİ-nin tətbiqi üzrə illik hesabatlılıq sisteminin qurulması, avtomatlaşdırılmış proseslərin ümumi iş yükündəki payının hədəf göstəricilərə çatdırılmasının təmin edilməsi planlaşdırılır.

Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: