“Samsung” şirkəti fırlanan kameraya malik “Galaxy A80” smartfonunu təqdim edib

A- A A+

“Samsung Electronics” şirkəti irəli çəkilən və fırlanan kameraya malik “Galaxy A80” smartfonunu təqdim edib.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, 48 meqapiksellik əsas kamera həm gündüz, həm də gecələr parlaq fotoşəkillər çəkir. Həmçinin cihaza 123 dərəcəlik baxış bucağına malik 8 meqapiksellik ultrageniş modul quraşdırılıb.

“Galaxy A80” aparatı “Full HD+” (1080x2400 piksel) təsvir ölçülü 6,7 düymlük “Super AMOLED” displeylə təchiz edilib, barmaq izi skaneri birbaşa ekrana inteqrasiya edilib. 3700 milliamper/saat tutumunda akkumulyator 25 vatt gücündə sürətli enerjidoldurma texnologiyasına malikdir. Bundan başqa, smartfon “Snapdragon 675” prosessoru, 8 QB əməli yaddaş və 128 QB daxili fləş yaddaşla təchiz edilib. Yaddaşın kart vasitəsilə artırılması imkanı nəzərdə tutulmayıb.

Smartfon “Android 9.0 Pie” əməliyyat sisteminin idarəetməsi altında işləyir. “Samsung Pay” (NFC+MST) mobil ödəniş sistemi dəstəklənir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: