Bu il fərdi rəqəmli qurğuların satışında artım gözlənilmir

100

2019-cu ildə dünyada 2,21 milyard fərdi kompüter, planşet və mobil telefon satılacaq. Bu, 2018-ci ilin göstəricisinə bərabərdir. Bununla yanaşı, ənənəvi fərdi kompüterlərin satışı 3 faiz (189 milyon ədəd) azalacaq, ultramobil qurğuların satışı isə 64,5 milyon ədəddən 68,9 milyon ədədədək artacaq. Mobil telefonların satışında cüzi azalma (1,81 milyon ədəddən 1,80 milyon ədədədək) gözlənilir. Lakin 2020-ci ildə fərdi kompüterlərin satışında azalma davam etdiyi halda mobil telefonlar bazarında cüzi artım müşahidə ediləcək. Bu barədə “Gartner” analitik şirkətinin hesabatında deyilir.  

NUHÇIXAN “Computerworld” resursuna istinadən yazır ki, analitiklərin sözlərinə görə, mobil telefon sahibləri onları əvəzləməyə ehtiyac görmürlər. Yeni modellərin köhnələrdən funksionallığına görə əhəmiyyətli dərəcədə fərqlənməyəcəyi təqdirdə yüksək qiymət seqmentinə aid telefonların inkişaf etmiş bazarlarda satışı azalmaqda davam edəcək. 2023-cü ilədək belə telefonların orta istismar müddəti 2,6 ildən 2,8 ilədək artacaq.

Hesabata görə, 2019-cu ilin sonuna bir sıra istehsalçılar bükülü ekrana malik smartfonları satışa çıxarmağı planlaşdırır. Analitiklərin fikrincə, hazırlanmasının çətin olması ilə əlaqədar onlar xüsusiləşmiş məhsul kimi qalacaqlar. 2023-cü ilədək onların yüksək qiymət seqmentli smartfonlar arasında payının 5 faizədək artacağı proqnozlaşdırılır ki, bu da təxminən 30 milyon ədədə bərabərdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: