2022-ci ildə smartfonların 75%-i ixtisaslaşdırılmış süni intellekt çipləri ilə təchiz ediləcək

A- A A+

2017-ci ildə “Apple” və “Huawei” şirkətləri öz aparatlarında süni intellekti dəstəkləyən ixtisaslaşdırılmış prosessorlar tətbiq ediblər: “iPhone 8” smartfonları “A11 Bionic” çipi, “Huawei Mate 10 Pro” aparatı isə “Hisilicon Kirin 970” prosessorları ilə təchiz edilib.

NUHÇIXAN “dailycomm.ru” saytına istinadən xəbər verir ki, 2 il sonra, demək olar, bütün çip istehsalçıları ixtisaslaşdırılmış süni intellekt çiplərindən istifadə etməyə başlayıblar. Məsələn, “Qualcomm Snapdragon 855” prosessorunda “AI Tensor Accelerator” süni intellekt sürətləndiricisinə malik “Hexagon DSP” rəqəmli siqnal prosessoru, “MediaTek” isə daxili süni intellekt imkanlarına malik çiplər təklif edir.

“Counterpoint Research” analitiklərinin qiymətləndirməsinə görə, 2018-ci ildə süni intellekt texnologiyalarını dəstəkləyən təxminən 190 milyon smartfon satılıb. Mütəxəssislər hesab edirlər ki, 2022-ci ilədək 4 aparatdan 3-ü ixtisaslaşdırılmış süni intellekt prosessorlarına malik olacaqlar və belə qurğuların satış həcmi 1,25 milyarda yaxınlaşacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: