Bakıda “İnformasiya təhlükəsizliyi kodu” mövzusunda konfrans keçirilir - FOTOLAR

A- A A+

Bakıda “İnformasiya təhlükəsizliyi kodu” mövzusunda konfrans keçirilir.

NUHÇIXAN xəbər verir ki, Rusiya və Azərbaycan mütəxəssisləri informasiya təhlükəsizliyinin əsas məsələlərini müzakirə edirlər.

Tədbirin təşkilatçısı EKSPO-LİNK biznes hadisələri agentliyidir. İnformasiya təhlükəsizliyi sahəsində ən irimiqyaslı rusdilli konfrans artıq iki ildir ki, Bakıda ardıcıl keçirilir.

“İT kodu” konfransı Moskva, Sankt-Peterburq, Bakı və Kiyevdən olan ekspertlərin iştirakı ilə trendlər barədə sessiya ilə açılıb.

Konfransın proqramına geniş “Texnologiyalar” bölməsi daxil edilib. Burada ESET, IT Tack, Fortinet və s. məşhur müdafiə vasitələrinin yaradıcıları çıxış edəcəklər.

“İnformasiya təhlükəsizliyini idarəetmə” bölməsində Sankt-Peterburqun “Qazinformservis” şirkətindən olan mütəxəssislər təcrübələrini bölüşəcəklər.

Sonda “Qaynar onluq” bölməsində ekspertlər və dinləyicilər birlikdə Azərbaycanın informasiya təhlükəsizliyinin əsas problemlərini araşdıracaq və həlli yollarını təklif edəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: