“Instagram” sosial şəbəkəsində paylaşımları lentdən gizlətməyə imkan verən düymə təqdim edilib. Bu halda istifadəçi tərəfindən gizlədilmiş hesab sahiblərinə heç bir xəbərdarlıq edilməyəcək.
NUHÇIXAN xəbər verir ki, bu haqda məlumat sosial şəbəkənin rəsmi bloqunda dərc edilib.
Beləliklə, indi abunəçilikdən çıxmadan istifadəçilərin şəkil və tarixçələrini gizlətmək olar.
Yeni funksiyadan istifadə etmək üçün istifadəçinin profilində və ya onun fotosunda "…" nişanına sıxmaq kifayətdir.