“Samsung” şirkəti "mükəmməl" smartfon təqdim edəcək

A- A A+

Cənubi Koreyanın “Samsung” şirkəti dəlik və kəsikləri olmayan "mükəmməl" smartfon təqdim etməyə hazırlaşır.

NUHÇIXAN “iz.ru” saytına istinadən yazır ki, şirkətin vitse-prezidentlərindən biri deyib ki, ön kameranı irəli-geri çəkilən modul kimi deyil, ekranın alt hissəsində yerləşdirmək planlaşdırılır.

Kameranın aktivləşdirilməsi vaxtı ekranın müvafiq sahəsi şəffaf olacaq. Bu texnologiyanın artıq növbəti smartfon modellərində tətbiqi güman edilir.

Cihazın satışa çıxarılacağı tarix məlum deyil.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: