"YouTube"un son 2 ayda Azərbaycandakı bazar payı 2,5 dəfə azalıb

A- A A+

Bu ilin avqust ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) "YouTube"un bazar payı 29,27 % təşkil edib.

NUHÇIXAN-ın "Statcounter" agentliyinin hesabatına istinadən verdiyi xəbərə görə, bu, iyul ayına nisbətən 7,31 faiz bəndi az, 2025-ci ilin avqust ayının göstəricisi ilə müqayisədə 19 faiz bəndi çoxdur. Sosial şəbəkənin bazar payı ardıcıl olaraq ikinci aydır azalır (iyul-avqust aylarında azalma 2,5 dəfə təşkil edib).

İkinci pillədə qərarlaşan "Facebook"un bazar payı ay ərzində 0,8 faiz bəndi, il ərzində isə 3,11 faiz bəndi azalaraq 27,65 % təşkil edib.

Növbəti yerdəki "Instagram"ın bazar payı ay ərzində 1,33 faiz bəndi artaraq, illik isə 29,08 faiz bəndi azalaraq 13,62 % təşkil edib.

Dördüncü pillədəki "X"in bazar payı aylıq 5,86 faiz bəndi, illik müqayisədə isə 4,54 faiz bəndi artaraq 11,74 % təşkil edib.

İlk beşliyi 7,22 %-lik bazar payı ilə "LinkedIn" qapayır. Sosial şəbəkənin bazar payı avqustda 0,3 faiz bəndi, il ərzində isə 5,57 faiz bəndi azalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: