ABŞ-ın "Cisco Systems" şirkəti dünyanın 50-dən çox ölkəsində təxminən 500 min kompüter qurğusunun yeni tip zərərli proqram təminatına yoluxması ilə bağlı xəbərdarlıq edib. NUHÇIXAN "RİA Novosti" resursuna istinadən xəbər verir ki,"VPNFilter" şərti adlı virus əsasən şəbəkə aparaturasına, o cümlədən marşrutlayıcı və toplayıcılara hücum edir. Zərərli kod həm saytlar haqqında məlumatları oğurlaya, həm də qurğuları sıradan çıxara bilər. Şirkət ekspertləri qeyd edir ki, 54 ölkədə yaranması aşkarlanan "VPNFilter" xüsusilə Ukraynada aktiv şəkildə yayılır. Bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidməti Kiyevdə keçiriləcək futbol üzrə Çempionlar Liqasının final oyunu ərəfəsində dövlət strukturlarına mümkün miqyaslı kiberhücum barədə məlumat verib.