ABŞ-ın Alıcıların Məmnunluq İndeksi (ACSI) smartfonların yeni reytinqini tərtib edib. “iPhone 7 Plus” və “Samsung Galaxy S8+” smartfonları ən çox bal toplayıblar.
NUHÇIXAN “life.ru” saytına istinadən yazır ki, ACSI-nin məlumatına əsasən, “iPhone 7 Plus” (buraxılış ili 2016) amerikalıların ən sevimli smartfonudur. Bu aparatın məmnunluq indeksi 85% təşkil edir. “Samsung Galaxy S8+” 84% göstərici ilə ikinci yeri tutub. “Galaxy S8”, “iPhone 8” və “iPhone 8 Plus” smartfonları 3-5-ci yerləri bölüşüblər. Qeyd edək ki, “Apple”ın ən yeni qabaqcıl smartfonu məmnunluq indeksində 80% göstərici ilə yalnız 17-ci yeri tutub. Məsələn, “Counterpoint Research”in hesabatına əsasən, “iPhone X” cihazı ABŞ-da ilin birinci rübündə ən çox satılan smartfonların siyahısında ikinci və üçüncü yerləri bölüşdürür. Maraqlıdır ki, “Tech.pinions” analitik agentliyinin sorğusuna əsasən, “iPhone X” sahiblərinin 97%-i qurğudan razıdır.