“WhatsApp” reklam nümayişinə başlamağı planlaşdırır

A- A A+

"WhatsApp" messencerinin sahibi "Facebook" şirkəti reklam nümayiş etdirməklə sözügedən xidmətdən pul qazanmağı planlaşdırır.

NUHÇIXAN "hi-tech.mail.ru" saytına istinadən yazır ki, "WhatsApp" messencerində istifadəçilər üçün statuslarda reklam nümayiş etdirilməsi düşünülür. Bu barədə Rotterdamda keçirilmiş "Facebook Marketing Summit" tədbirinin gedişində xidmətin nümayəndələri məlumat veriblər.

"WhatsApp" messencerinin statusları "Instagram" ilə demək olar eynidir və sonuncuda artıq reklam nümayiş etdirilir. Hər iki xidmətdə kommersiya təklifləri eyni cür işləyəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: