“Google Duo”da qrup videozəngləri əlçatan olub

A- A A+

“Android” əməliyyat sisteminə öncədən quraşdırılan “Google Duo” videoçatında qrup videozəngləri funksiyası əlçatan olub. Dialoqda eyni anda ən çoxu 8 nəfər iştirak edə bilər.

NUHÇIXAN “hitech.vesti.ru” saytına istinadən yazır ki, qrup videozəngləri, uzun müddət olar ki, “Skype”da reallaşdırılıb: eyni anda 50-dək istifadəçi ünsiyyət saxlaya bilər. “iOS” sisteminin idarəetməsi altında işləyən qurğularda başlanğıc ayar kimi quraşdırılan “Apple FaceTime”də ötən ilin oktyabrından başlayaraq limit 2-dən 32-dək artırılıb. “Facebook Messenger”də məhdudiyyət 50-dək təşkil edir. “WhatsApp” messencerində ən çox 4 istifadəçi eyni anda ünsiyyət saxlaya bilər.

Qrup videozəngləri funksiyası hələ ki, yalnız mobil qurğularda əlçatandır. Bu il istifadəyə verilmiş “Duo” veb kliyentində sözügedən imkan hələ ki, yoxdur.

Bundan başqa, “Duo”nun yeni versiyasında “Wi-Fi” mobil şəbəkələrində məlumatların ötürülməsini məhdudlaşdırmağa imkan verən rejim əlçatan olub. Lakin şirkətdən bildirilib ki, Hindistan, İndoneziya və Braziliya daxil olmaqla yalnız "bəzi" regionların sakinləri həmin rejimi aktivləşdirə bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: