Samsung Galaxy M40 smartfonunun rəsmi render fotoları təqdim olunub

183

Məlumdur ki, Samsung şirkəti Galaxy M seriyasının daha bir smartfon modeli olacaq Galaxy M40 üzərində çalışır. İndi isə sözügedən smartfonun rəsmi render fotoları ortaya çıxıb. NUHÇIXAN xəbər verir ki, rəsmi render fotoları məşhur hindistanlı insayder Ishan Agarwal təqdim edib. Məlumata əsasən Galaxy M40 modeli 3 rəngdə satışa çıxacaq və genişformatlı ekrana sahib olacaq. Ekranın yuxarı sol hissəsində Galaxy S10-da olduğu kimi ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi hissə yerləşəcək.

Smartfon telefon danışığı üçün olan səsgücləndiriciyə və qulaqlıq girişinə sahib olmayacaq. Belə ki, smartfon səsi öz ekranı vasitəsilə ötürə biləcək. Qeyd etmək lazımdır ki, bu cür texnologiya həmçinin LG G8 ThinQsmartfon modelində də var. Render fotolardan da görmək olar ki, smartfonun arxa panelində üç kamera modulu, LED işıqlandırma sistemi və barmaq izi skanı texnologiyası olacaq.

Cihazın aşağı hissəsində USB-C girişi və əsas səsgücləndirici yerləşəcək. Yandırıb/söndürmə düyməsi ilə səsin tənzimlənməsi düymələri isə smartfonun sağ kənarında yerləşəcəklər. Məlumata əsasən Galaxy M40 modeli 6.4 düym Super AMOLED ekran, 8 nüvəli Snapdragon 675 prosessoru, 6 GB RAM və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfonun One UI interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışacağı və 360$ civarında satılacağı gözlənilir. Galaxy M40 iyun ayının əvvəlində ultrabüdcəli Galaxy A10smodeli ilə birlikdə təqdim olunmalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: