48 meqapiksellik üçqat kamera ilə təchiz edilmiş “Meizu 16Xs” smartfonu təqdim olunub

A- A A+

Çinin “Meizu” şirkəti bu gün Çində “Meizu 16Xs” ucuz modelini təqdim edib. Smartfon 48 meqapiksellik “Samsung ISOCELL Bright GM1” sensoruna malik üçqat kamera ilə təchiz edilib və barmaq izi skaneri birbaşa ekrana quraşdırılıb.

NUHÇIXAN “ferra.ru” saytına istinadən xəbər verir ki, “Meizu 16Xs” smartfonu 6,2 düymlük “Full HD ” (1080x2232 piksel) təsvir ölçülü “AMOLED” ekran, 48 8 5 meqapiksellik əsas üçqat kamera, 16 meqapiksellik ön kamera, 18 vatt gücündə sürətli enerjidoldurma texnologiyasına 4000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Bundan başqa, aparat “Snapdragon 675” səkkiznüvəli prosessora, 6 QB-lıq əməli yaddaş və 64/128 QB-lıq daxili fləş yaddaşa malikdir.

Smartfon “Flyme OS 7” interfeysli “Android 9.0 Pie” əməliyyat sisteminin idarəetməsi altında işləyir. 2 ədəd SİM-kart, “4G VoLTE”, “Wi-Fi” (802.11 ac), “Bluetooth 5”, “GPS” dəstəklənir, “USB Type-C” portu var. Smartfonun çəkisi 165 qr-dır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: