Uber şirkəti Uber Copter adlı vertolyot taksi servisini anons etdi

A- A A+

Uber şirkəti vertolyot vasitəsilə sərnişin daşıma servisini anons etdi. NUHÇIXAN The New York Times saytına istinadən  xəbər verir ki, şirkətin yeni servisi Uber Copter adını əldə edib. Uber Copter-in 9 iyul tarixində Nyu Yorkda istifadəyə verilməsi planlaşdırılır. Servisin ilk marşrutu isə Aşağı Manhetten ilə John Kennedy adına beynəlxalq hava limanını birləşdirəcək. Bu nəqliyyat növünün sifarişi özündə 8 dəqiqəlik vertolyot uçuşunu və həmçinin uçuşdan əvvəl və sonra da yerüstü nəqliyyat növü ilə daşınmanı birləşdirəcək.

Daşınmanın ümumi vaxtı 30 dəqiqə çəkəcək. Hal hazırda eyni marşrut ilə daşınma pik vaxtda 2 saat zaman aparır. Uber Copter həftənin bazar ertəsindən cümə gününə kimi fəaliyyət göstərəcək, onun bir sərnişin üçün olacaq qiyməti isə 200-225$ təşkil edəcək. Bu servisin xidmətini korporativ loyallıq proqramında Platinum və Diamond statusuna sahib Uber istifadəçiləri sifariş edə biləcəklər. Şirkət isə öz növbəsində bu servisin istifadəyə veriləcəyi şəhərlərin və servisdən istifadə edəcək insanların sayını artırmağı planlaşdırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: