Cənubi Koreyada 5G istifadəçilərinin sayı bir milyona çatır

A- A A+

Cənubi Koreyada 5-ci nəsil mobil rabitə (5G) şəbəkə xidməti istifadəçilərinin sayı bir milyona çatmaq üzrədir.

NUHÇIXAN Yonhap agentliyinə istinadla xəbər verir ki, hazırda Cənubi Koreyada 5G istifadəçilərinin sayı 900 mini ötüb. Yaxın günlərdə bu rəqəmin bir milyonu ötəcəyi şübhəsizdir.

Qeyd edək ki, Cənubi Koreya dünyada 5G şəbəkə xidmətlərinin kommersiya məqsədilə istifadəyə verildiyi ilk ölkədir. Aprelin 5-də "Samsung"un "Galaxy S10" smartfonunun satışa çıxarılması ilə paralel olaraq ölkədə 5-ci nəsil mobil rabitə şəbəkəsi kütləvi istismara verilib. Yeni nəsil şəbəkənin məlumatların ötürülmə sürətinin 4G-dən ən azı 10 dəfə çox olması ilə fərqlənir. Lakin hələlik bu şəbəkə üzrə baza stansiyalarının sayının az olması onun əhatə dairəsini də məhdudlaşdırır. Hazırda Cənubi Koreyada 5G şəbəkəsinin baza stansiyaları yalnız iri şəhərlərdə quraşdırılıb.

Bir müddət əvvəl Londonda yerləşən "Arthur D. Little's" bazar araşdırması şirkəti Cənubi Koreyanın 5G yarışında lider olduğunu açıqlamışdı. Şirkətin 40-dan çox ölkə üzrə texniki infrastruktura dair apardığı qiymətləndirməyə əsasən, Cənubi Koreya bütün ölkələri qabaqlayaraq lider mövqedə qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: