Avropa superkompüterlərinin quraşdırılacağı yerlər müəyyənləşdirilib

212

Avropa İttifaqı ərazisində yüksək məhsuldarlıqlı hesablama komplekslərinin yerləşəcəyi səkkiz meydança müəyyənləşib.

NUHÇIXAN “Servernews” resursuna istinadən yazır ki, söhbət tədqiqatçıların, biznes istifadəçilərinin və sənaye təşkilatlarının marağına xidmət edəcək yeni superkompüter mərkəzlərinin yaradılmasından gedir.

Yeni hesablama komplekslərinin perspektivli dərman preparatlarının yaradılması, yeni materialların hazırlanması, qlobal iqlim dəyişiklikləri ilə bağlı problemlərin həlli və s. kimi müxtəlif layihələrin həyata keçirilməsi zamanı cəlb edilməsi nəzərdə tutulur.

Yüksək məhsuldarlığa malik hesablama komplekslərinin Sofiya (Bolqarıstan), Ostrav (Çexiya), Kayani (Finlandiya), Boloniya (İtaliya), Bissen (Lüksemburq), Minyu (Portuqaliya), Maribor (Sloveniya) və Barselonada (İspaniya) yerləşəcəyi planlaşdırılır.

Yeni superkompüter mərkəzlərinin fəaliyyətinin idarəetməsi 20 ölkə tərəfindən həyata keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: