“Google” şirkəti “Android” və “Chrome”un düyməli telefonlar üçün versiyasını hazırlayır

A- A A+

“Google” şirkəti cari ilin əvvəlindən sensor ekransız düyməli telefonlar və inkişaf etməkdə olan ölkələrdə populyar olan “Kai OS” sistemi ilə rəqabət aparmaq üçün nəzərdə tutulmuş “Android” və “Chrome” brauzerinin versiyaları üzərində işləyir. “9to5google.com” nəşri düyməli telefonlar üçün nəzərdə tutulmuş “Google” brauzerini sınaqdan keçirməyə müvəffəq olublar.
 
NUHÇIXAN hitech.vesti.ru saytına istinadən yazır ki, müvafiq kod “Chromium” layihəsinin bazasında aşkar edilib. Bu layihə eyni adlı brauzer mühərrikinin hazırlanmasını nəzərdə tutur. Proqramçılardan biri kodu kompilyasiya edərək onu yoxlamaq üçün jurnalistlərə təqdim edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: