Avropa Müdafiə Fondu yaxın vaxtlarda hərbi robotların yaradılması üçün 590 milyon dollar məbləğində vəsait ayrılmasını təsdiq etmək niyyətindədir. NUHÇIXAN xəbər verir ki, məlumata görə, əksər silah istehsalçılarının layihədə iştirak edərək öz texnologiyalarını təqdim edəcəyi gözlənilir. Bildirilir ki, Avropa istehsalçıları tərəfindən döyüş robotlarının əsas hissəsi neyron şəbəkələrinin və insanın nəzarət etmədiyi zaman müstəqil öyrənən süni intellekt proqramlarının tətbiqi ilə yaradılması planlaşdırılır. Robot qatillərin yaradılmasını nəzərdə tutan rezonanslı qanun layihəsi bir sıra rəsmi şəxslər tərəfindən mənfi qarşılanıb. Avropa Parlamentinin deputatları əmindir ki, belə qurğuların yaradılması etikaya sığmamaqla yanaşı, bəşəriyyətin mövcudluğu üçün birbaşa təhlükə törədir.