Smartfon bazarında yüksəliş qeydə alınıb

A- A A+

2018-ci ilin birinci rübündə smartfonların qlobal satış həcmi yüksəlib. “Gartner”in analitiklərinin məlumatına görə, qurğuların son istifadəçilərə satışı 1,3% yüksələrək təxminən 384 milyona yaxınlaşıb. Ekspertlər mobil telefon bazarında saxlanılan durğunluğu nəzərə çatdırıblar.

NUHÇIXAN xəbər verir ki, “Gartner”in tədqiqatlar üzrə direktoru Anşul Qupta smartfon bazarında əsas tendensiyalar arasında premium-səviyyəli qurğulara zəif tələbatın olmasını  (yenilənmiş modellərdə cüzi dəyişikliklərə görə), aşağı və orta büdcəli (100-150 ABŞ dollarından aşağı) aparatların satış həcminin artmasını qeyd edib.

Smartfon bazarının lideri olan “Samsung” şirkətinin tədarük həcmi 78,8-dən 78,6 milyonadək azalıb. Bu, Çin şirkətləri tərəfindən rəqabətin güclənməsi ilə izah olunur. Analitiklər xəbərdarlıq ediblər ki, bu tendensiya 2018-ci ildə saxlanacaq, çünki Çin istehsalçıları ölkə xaricində satışlara davam edirlər.

İllik hesablama üzrə satış həcmini 124% artırmış “Xiaomi” şirkəti ilk beşlikdə yer almış brendlər arasında ən yaxşı nəticə göstərib. Yeni  modellər və sərfəli qiymət strategiyası “Xiaomi” şirkətinə 7,4%-lik bazar payı ilə 4-cü pilləyə yüksəlməyə imkan verib. 1 il əvvəl bu göstərici 3,4% səviyyəsində idi.
Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: