Ekspert cihazlarda kameranın üzərinin örtülməsini kifayət qədər etibarlı müdafiə hesab etmir

170

"Noutbukda kamera və ya diktofonun üzərinin örtülməsi hakerlərdən müdafiədə kömək etməyəcək. Cihazlardan ümumiyyətlə istifadə etməmək və ya  smartfon əvəzinə düyməli telefondan istifadə etmək daha etibarlıdır" –  Kibertəhlükəsizlik Agentliyinin direktoru Yevgeni Lifşits deyib.

NUHÇIXAN "iz.ru" saytına istinadən xəbər verir ki, Lifşitsin sözlərinə görə, bütün qurğuların təhlükəsizlik sistemində boşluq mövcuddur, kamera və mikrofonun üzərinin örtülməsi onlarla mübarizədə az kömək edəcək.
 
"Əgər avadanlıq istehsalçısı sizin məlumatlarınıza müdaxilə etmək istəyirsə, həmin məlumatların hamısı təhdid altındadır" – o deyib.
 
"İstənilən qurğuda istehsalçı tərəfindən məlumat verilməyən sənədləşdirilməmiş imkanlar var" –  ekspert bildirib. Həmin imkanlar cinayətkarlar tərəfindən istifadə oluna bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: