3D printerdə ürək üçün işlək "ehtiyat hissələri" çap edilib

A- A A+

3D çap texnologiyası yalnız əyləncə və ya müxtəlif mexanizmlər üçün ehtiyat hissələrinin hazırlanması məqsədilə istifadə olunmur. Amerikalı bioloqlar ilk dəfə insan ürəyinin süni fraqmentlərini yaratmağa nail olublar.
 
NUHÇIXAN “4pda.ru” saytına istinadən yazır ki, Karneqi-Mellon Universitetinin alimləri tibb sahəsində əldə etdikləri mühüm nailiyyət haqqında məqalə dərc ediblər. Onlar insan ürəyinin canlı toxumasının funksiyasını yerinə yetirən bəzi tərkib hissələri çap etməyə nail olublar.
 
Hələ ki süni ürəyin yaradılmasından söhbət getmir. Lakin bioloji 3D çap texnologiyası artıq bir neçə il sonra donor orqanlarının çatışmazlığı problemini aradan qaldıra bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: