Azərbaycanlı məktəbli 3 saniyədə enerji yığan smartfon layihəsi hazırlayıb

A- A A+

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Yüksək Texnologiyalar Parkının 23 nömrəli orta ümumtəhsil məktəbində “İdeyadan Biznesə” layihəsi çərçivəsində təşkil etdiyi təlimdə məktəbin şagirdi Riyad Orucov maraqlı ideya təqdim edib.

NUHÇIXAN-ın məlumatına görə, yeni smartfon layihəsinin dünyada bənzəri yoxdur. Belə ki, ideyanın reallaşdırılması zamanı mobil qurğu 3 saniyə ərzində tam olaraq cərəyan toplayacaq.

Bununla əlaqədar Yüksək Texnologiyalar Parkı tərəfindən ona texniki və metodiki dəstək, ideyasının müəllif hüquqlarının qorunması, ideyanın patentləşdirilməsi, biznes-plana çevrilməsi və yaxın zamanlarda prototipin beta versiyasının hazırlanmasına dəstək göstərilir. Artıq bu istiqamətdə müvafiq işlərə başlanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: